Şəki rayonunun dağlıq ərazisində itlərin hücumuna məruz qalaraq ağır xəsarət alan Niderland Krallığının vətəndaşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən təxliyə edilib.


DSX-nin Mətbuat Mərkəzindən “Yeni Sabah”a verilən məlumata görə, avqustun 29-da saat 17:00 radələrində Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland vətəndaşının köməyə ehtiyacı olması barədə Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinə məlumat daxil olub.


Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt–Bakı aviareysi ilə Azərbaycana gələn, 1979-cu il təvəllüdlü Niderland vətəndaşı Kramer Anne Hestler avqustun 29-da səhər saatlarında Şəkinin dağlıq ərazisində piyada yürüşə çıxıb. Marqarita pizza


Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Ağır yaralı turistin təxliyəsi üçün DSX-nin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə əraziyə tibb heyəti və xilasetmə qrupu göndərilib.


Dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə keçirilən xilasetmə əməliyyatı nəticəsində başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan turistə hadisə yerində ilkin tibbi yardım göstərilib.


Niderland vətəndaşı daha sonra helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.




Telegram kanalımız