Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub.
"Yeni Sabah" xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.
"Hər ikisi xilas edilib", - o bildirilib. Toyuqlu pizza
Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar: "Onların sağlamlıqları üçün təhlükə yoxdur".
Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
Telegram kanalımız