Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşlara müraciət edib.


"Yeni Sabah" xəbər verir ki, V.Hüseynov paylaşımında miqrasiya sahəsində qarşılaşılan problem, çətinlik, təklif və iradların onunla bölüşülməsini xahiş edib.


O qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, göstərilən miqrasiya xidmətləri, Azərbaycanda yaşayan əcnəbilərin hüquqları, yaşama icazələri və digər məsələlərlə bağlı təklif, irad və narahatlıqlar mesaj və ya şərh bölməsində qeyd oluna bilər. Marqarita pizza


Bildirilib ki, vətəndaşların qeydləri Xidmətin fəaliyyətinin və göstərilən xidmətlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir.


Vüsal Hüseynov bir müddət cavabsız qalan mesaj və şərhlərin də diqqətdə olduğunu və onların gün ərzində cavablandırılacağını bildirib.


Aytac Əliyeva



Telegram kanalımız