Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, tanınmış şair Rəşad Məcid süni intellektin yaxın illərdə yarada biləcəyi təhlükələrdən danışıb.


"Yeni Sabah" xəbər verir ki, R.Məcid süni intellektin inkişafı fonunda fırıldaqçılığın artacağını və bundan ən çox sadə vətəndaşların zərər görəcəyini bildirib.


O, Bill Qeytsin bu istiqamətdə səsləndirdiyi fikirləri də diqqətə çatdırıb: pizza mizza


“Pis niyyətli insanlar daha da güclənəcək, inandırıcı fırıldaqçılar artacaq, ən çox zərəri sadə vətəndaşlar görəcəklər. Dövlətlər hazırlıqlı olmalı, süni intellektin yaradacağı fəsadlardan necə qorunmağı düşünməli, sosial müdafiə tədbirləri barədə fikirləşməlidirlər”.


Onun sözlərinə görə, böyük texnoloji şirkətlərin rəhbərləri də son vaxtlar müsahibələrində qarşıdakı onillikdə süni intellektin gətirəcəyi yeniliklərdən danışır, eyni zamanda insanlığı gözləyən təhlükələr barədə xəbərdarlıq edirlər.


“Düşünəndə adamın əl-ayağı yerdən-göydən üzülür. İnsanı vahimə basır. Suallara cavab tapmaq olmur”, – deyə şair vurğulayıb.


Aytac Əliyeva



Telegram kanalımız