Almaniyada iki Azərbaycan vətəndaşı qeyri-adi qaçırılma hadisəsinə görə məhkəmə qarşısına çıxarılıb. 44 yaşlı azərbaycanlı maaşını ala bilmədiyi üçün işəgötürənini qaçırtdırmaq istəyib. Lakin onun 35 yaşlı şəriki hədəfi səhv salaraq başqa şəxsi girov götürüb.


“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hadisə Almaniyanın Vuppertal şəhərində baş verib.


Məlumata görə, 44 yaşlı kişi maaşını ala bilmədiyi üçün işəgötürənini qaçırmaq qərarına gəlib. O, bunun üçün 35 yaşlı tanışı ilə əlbir olub və patronunun zorla qaçırılması planını hazırlayıb. Marqarita pizza


Lakin əməliyyat zamanı gözlənilməz səhvə yol verilib. 35 yaşlı şəxs patron əvəzinə başqa bir şəxsi qaçırıb.


İttihama əsasən, zərərçəkən şəxs bıçaqla hədələnərək zorla avtomobilə mindirilib. Avtomobil hərəkətdə olarkən bir yerdə dayanıb və bu zaman qaçırılan şəxs fürsətdən istifadə edərək avtomobildən qaçıb.


Hadisə nəticəsində zərərçəkənin yüngül xəsarət aldığı bildirilir.


Araşdırma zamanı qaçırılmanın arxasında 44 yaşlı şəxsin dayandığı müəyyən edilib. Onun bu addıma getməsinin səbəbi isə işəgötürənindən maaşını ala bilməməsi olub.


İş üzrə məhkəmə prosesi Vuppertal Regional Məhkəməsində başa çatıb. Məhkəmə hər iki Azərbaycan vətəndaşını təhlükəli bədən xəsarəti yetirmə və qanunsuz azadlıqdan məhrum etmə əməllərində təqsirli bilib.


44 yaşlı şəxs 1 il 7 ay, 35 yaşlı şəriki isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Telegram kanalımız