Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştat ixtisarı aparıldıqda, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə müəyyən müddət əvvəl rəsmi xəbərdarlıq edilməlidir. Xəbərdarlıq müddəti işçinin əmək stajından asılı olaraq dəyişir. pizza sifarişi
Belə ki, əmək stajı 1 ilədək olan işçiyə azı 2 təqvim həftəsi, 1 ildən 5 ilədək stajı olan işçiyə azı 4 təqvim həftəsi, 5 ildən 10 ilədək stajı olan işçiyə azı 6 təqvim həftəsi, 10 ildən çox əmək stajı olan işçiyə isə azı 9 təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilməlidir.
Aytac Əliyeva
Telegram kanalımız