Azərbaycan Turizm və Menecment Universiteti vakansiya elan edib.


“Yeni Sabah” xəbər verir ki, ali məktəb Dillər kafedrası üçün müdir axtarır. Sözügedən vəzifəni tutmaq istəyən namizədlərdən aşağıdakılar tələb olunur:


1. Rektorun adına ərizə. Dominos pizza


2. Kadrlar uçotunun şəxsi vərəqəsi (4x6 sm ölçüdə fotoşəkillə).


3. Tərcümeyi-hal.


4. Şəxsiyyət vəsiqəsinin surəti.


5. Profilə uyğun olaraq ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri.


6. Elmi və elmi-metodiki işlərin siyahısı.


7. Namizədin müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.


Nazim Hacıyev



Telegram kanalımız