2013-cü ildə Bakıda törədilən qətlin təşkilində ittiham olunan Xəyal Əli-zadə barəsində cinayət işi məhkəməyə göndərilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2013-cü il mayın 2-də Bakı şəhərinin Nərimanov rayonu ərazisində Schilder Vüsal Adolf qəsdən öldürülüb. Marqarita pizza
İbtidai istintaq zamanı Elman İsgəndərov və Seymur Talıbov cinayətdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cinayət işi üzrə istintaqın davam etdirilməsi və əldə olunan sübutların araşdırılması zamanı Xəyal Əli-zadənin sözügedən cinayətin təşkili və törədilməsinə rəhbərlik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Xəyal Əli-zadə xaricdə olduğundan ona ittiham elan etmək mümkün olmayıb və istintaqdan yayınaraq gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Axtarış tədbirləri nəticəsində onun Birləşmiş Ərəb Əmirliklərində olduğu müəyyənləşdirilib. Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər nəticəsində Xəyal Əli-zadə 2026-cı il yanvarın 11-də BƏƏ-nin səlahiyyətli orqanları tərəfindən tutulub və daha sonra Azərbaycana ekstradisiya edilib.
İstintaq zamanı toplanmış sübutlar əsasında Xəyal Əli-zadəyə Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci maddəsi ilə ittiham elan olunub. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq tamamlanıb, ittiham aktı təsdiq edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Aytac Əliyeva
Telegram kanalımız