Ermənistan-Azərbaycan sərhədində, Bibiş (1978-ci ildə adı dəyişdirilib, “Berkaber” qoyulub – red.) kəndinin şərqində partlayış işləri aparılacaq.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, partlayış işləri saat 13:00-dan 18:00-dək həyata keçiriləcək. Bu müddətdə kənddən təxminən 1 kilometr şərqdə 10 partlayışın həyata keçirilməsi planlaşdırılır. Sezar pizza
Qeyd edək ki, Bibiş kəndi Ermənistanın Tavuş vilayətində, Azərbaycanla sərhədə yaxın ərazidə yerləşir.
Telegram kanalımız