Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrası məsələsinə toxunub.


"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı bu barədə “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı danışıb.


İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə 30 il sonra – üç il əvvəl icra olunub. pizza sifarişi


Prezident qeyd edib ki, təəssüf ki, BMT həmin qətnamələrin icrasında heç bir rol oynamayıb. Onun sözlərinə görə, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib.


Dövlət başçısı vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin etmək üçün müvafiq mexanizmlərin hazırlanması zəruridir.



Telegram kanalımız