“Qaz İxrac” İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də bəzi ərazilərdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq.


"Yeni Sabah" xəbər verir ki, bu barədə abonentlərə məlumat verilib.


Bildirilib ki, saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq. pizza mizza


Qeyd olunan ərazilərdə yaşayan abonentlərdən qaz təchizatındakı fasiləni nəzərə almaları xahiş olunur.


Aytac Əliyeva



Telegram kanalımız