Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həkim mütəxəssislər və tibb işçiləri üçün vakansiyalar elan edib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.


Bildirilib ki, aşağıdakı istiqamətlər üzrə mütəxəssislərə ehtiyac var: Toyuqlu pizza


Həkim-otorinolarinqoloq;


Həkim-cərrah;


Elektrokardioqrafiya;


Exokardioqrafiya;


Elektroensefaloqrafiya-funksional diaqnostika.


Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya Dövlət Xidmətinin elektron xidmət portalında anket doldura bilərlər.


Müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir.


Namizədlərin seçimi zamanı kliniki təcrübəyə malik şəxslərə üstünlük veriləcəyi qeyd olunub.


Ətraflı məlumat üçün 9100 “Çağrı” mərkəzi ilə əlaqə saxlamaq mümkündür.


Aytac Əliyeva



Telegram kanalımız