Nepalda baş verən daşqınlar nəticəsində ən azı 2,2 milyon ton dağıntı yaranıb.


“Yeni Sabah” xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik məlumat verib. O bildirib ki, fəlakət nəticəsində 1000-dən çox insanın meyiti aşkarlanıb, 3900 nəfər isə hələ də itkin düşmüş hesab olunur.


Daşqınlar nəticəsində 40-dan çox körpü dağılıb, yollar bağlanıb, 11 su elektrik və bir günəş elektrik stansiyasının fəaliyyəti dayanıb. BMT həmçinin çirkli su, sıx məskunlaşmış sığınacaqlar və zədələnmiş səhiyyə müəssisələrinin xəstəlik riskini artırdığını açıqlayıb. Dördpendirli pizza


Mütəxəssislər fəlakətin dağlıq ərazidən qopan buzlaq parçalarının səbəb olduğu uçqunla əlaqəli olduğunu bildiriblər. 


Aydan Hacı 



Telegram kanalımız