Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, digər şəhər və rayonlarda fəaliyyət göstərən dar ixtisas sahibi olan həkimlərin maaşları yüksəldilir.
“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması istiqamətində verdiyi müvafiq tapşırıqda öz əksini tapıb.
Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata (107% artım), neonatoloqların maaşı 1 450 manatdan 2 400 manata (66% artım), hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata (55% artım) çatdırılır. pizza hut
Həmçinin mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya həkimlərinin məvacibi 1 450 manatdan 2 150 manata yüksələcək.
Nazim Hacıyev
Telegram kanalımız