Səhiyyə sistemində həyata keçirilən yeni islahatlar çərçivəsində müxtəlif tibb heyəti üzrə əməkhaqlarının artırılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur.
“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqqılarının artırılması istiqamətində verdiyi müvafiq tapşırıqda öz əksini tapıb.
Belə ki, regionlarda həkim təminatını gücləndirmək məqsədilə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, kadr çatışmazlığı olan bölgələrdə cərrahi, stasionar terapevtik, fizioterapiya və reabilitasiya, anesteziya, eləcə də invaziv radioloji xidmətlər göstərən həkimlərin işin nəticəsinə görə hesablanan əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq olunacaq. Marqarita pizza
Eyni zamanda, xidmət keyfiyyəti, pasiyent təhlükəsizliyi və infeksiyaya nəzarətdə mühüm rol oynayan baş tibb heyətinin əməkhaqları diferensial qaydada artırılır. Nümunə üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq məvacibi 1 454 manatdan 2 125 manata yüksələcək (671 manat və ya 46% artım).
İslahatlar orta və kiçik tibb heyətini də əhatə edir. Səhiyyə sistemində çalışan 56 mindən çox işçinin məvacibləri yenidən hesablanır. TƏBİB tabeliyində olan 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı isə 18 faiz artırılacaq.
Nazim Hacıyev
Telegram kanalımız