Sentyabrın 4-dən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidmətləri fəaliyyətə başlayacaq.


"Yeni Sabah" xəbər verir ki, “Azerbaijan Ground Services” MMC tərəfindən təşkil ediləcək xidmətin əsas məqsədi rayonlardan paytaxta, eləcə də ölkənin digər şəhər və rayonlarına sərnişindaşımada nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.


Səfərdən əvvəl bütün avtobuslar texniki baxışdan, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunacaq. Marqarita pizza


Sərnişinlər biletləri biletim.az portalı vasitəsilə onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.


Bildirilib ki, yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına və bölgələrdən sərnişindaşımada xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.


Aytac Əliyeva



Telegram kanalımız