“Nizami” metrostansiyasının qarşısında avtobus dayanacağı ilə bağlı dəyişiklik edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Cəfər Cabbarlı küçəsində avtobus dayanacağı üçün nəzərdə tutulan ərazi uzadılıb. Dəyişiklik nəticəsində metro xətlərinin ayrılması ilə əlaqədar təşkil edilən ekspres avtobusların maneəsiz hərəkəti təmin olunub. Pepperoni pizza
Həmçinin sərnişinlərin avtobuslara daha rahat minib-düşməsi mümkün olacaq.
Qeyd edilib ki, həmin ərazidə mövcud olan taksi duracağının yeri də dəyişdirilir. Hazırda yeni ərazinin müəyyən edilməsi ilə bağlı təhlillər aparılır.
Aytac Əliyeva
Telegram kanalımız