Əmək Məcəlləsinə əsasən, müəyyən kateqoriyadan olan işçilər üçün həftəlik iş vaxtı norması azaldılır.
"Yeni Sabah" xəbər verir ki, 15 yaşdan 16 yaşadək işçilər həftədə 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər isə 36 saatdan çox işləyə bilməzlər.
Bundan əlavə, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, bir yaş yarımadək uşağı olan qadınlar, üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər, həmçinin zərərli əmək şəraitində və xüsusi xarakterli işlərdə çalışan şəxslər üçün həftəlik iş vaxtı 36 saatdan çox olmamalıdır. Dominos pizza
İşçilərin iş vaxtından artıq işə cəlb olunmasına isə yalnız Əmək Məcəlləsində nəzərdə tutulan müstəsna hallarda yol verilir.
Belə hallarda işçi dalbadal gələn iki iş günü ərzində ümumilikdə 4 saatdan, ağır və zərərli iş şəraitində isə 2 saatdan artıq əlavə işə cəlb edilə bilməz.
Qanunvericiliyə görə, iş vaxtından artıq görülən işin hər saatı üçün işçiyə saatlıq əməkhaqqının ən azı ikiqat məbləğində ödəniş edilməlidir.
Aytac Əliyeva
Telegram kanalımız