Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Katibi Anceys Vilumsonsla görüşüb və tərəflər qarşılıqlı münasibətləri müzakirə ediblər.


 "Yeni Sabah" xəbər verir ki, bu barədə Latviya XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edib.


"Rəsmilər ikitərəfli münasibətlərdəki fəal dinamikanı, o cümlədən Prezident Edqars Rinkeviçsin bu yaxınlarda Azərbaycana səfərini yüksək qiymətləndiriblər, siyasi dialoqu və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirmək, eləcə də işgüzar əlaqələri təşviq etmək imkanlarını müzakirə ediblər", - paylaşımda bildirilib. pizza hut


Xatırladaq ki, N. Mustafayeva etimadnaməsinin surətini Latviya Xarici İşlər Nazirliyinin XİN-in Dövlət Protokol idarəsinin rəhbəri vəzifəsini icra edən Zane Ventereyə təqdim edib.



Telegram kanalımız