Estoniyanın müdafiə naziri Hanno Pevkur silah-sursatın satın alınması prosesində ciddi nöqsanların aşkarlanması fonunda istefa verib.
"Yeni Sabah" xəbər verir ki, Pevkur Estoniya Dövlət Televiziyasının (ERR) "Aktual kamera" proqramında bildirib ki, Dövlət Nəzarətinin Estoniya Müdafiə Qüvvələrinin və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin (RKIK) fəaliyyəti ilə bağlı aşkarladığı nöqsanlar siyasi məsuliyyətin üzərinə götürülməsini zəruri edib.
"Mən bu məsuliyyəti öz üzərimə götürməyə hazıram, onu qəbul edirəm və baş nazir [Kristen Mixal] yeni müdafiə naziri tapmalıdır", - deyə o qeyd edib. Pepperoni pizza
ERR-in məlumatına görə, Estoniya Ukrayna üçün mərmi almağı planlaşdırıb və bununla bağlı İtaliyanın "Datasel S.R.L." şirkətinə təxminən 70 milyon avro avans ödənişi edib.
Sonradan məlum olub ki, şirkət faktiki olaraq formal qurum olub və Hindistan biznes ailəsi tərəfindən idarə edilib. Ödənilən vəsaitin hara getdiyi isə məlum deyil.
Qeyd olunub ki, Estoniya mərmilərin əvəzinə yalnız yeni vədlər alıb.
Məsələnin həlli üçün Tallin artıq Strasburqdakı Avropa Arbitraj Məhkəməsinə müraciət edib. Mübahisəyə həmin məhkəmədə baxılacaq./Report
Telegram kanalımız