“Son iclasda üzrlü səbəblərdən iştirak etməmişəm. İclasda nə baş verib heç bir fikrim yoxdur çünki rəsmi protokol yoxdur. Məni narahat edən və gülməli gələn budur ki, seçki adlanan bir mərasimdə necə tək namizəd ola bilər? 3-4 namizədin olmasını niyə təhqir kimi qəbul edirlər? Yəni guya 4-5 namizədlik seçki olsa, Şəfiqə xanım qalib gəlsə kimsə etiraz edəcək?”.


“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) gənclərlə iş üzrə katibi Türkan Hüseyn bildirib. O qeyd edib ki, İttifaqda kino nümayişləri də dayanıb:


“Gənclərə demək istəyirəm ki, artıq kinoyazar saytı bağlanıb, saat 6-dan sonra İttifaqa girməyə, montaj otağını istifadə etməyə icazə verilmir və kino nümayişləri dayandırılıb. Bütün bunlar absurd səslənə bilər amma vəziyyət budur. Son 5-6 il olan bütün proqramlar da ləğv olunacaq”. pizza mizza


Sosial mediada yayılan paylaşımın rəy bölməsində isə qeyd olunub ki, hazırda mətbəxdən istifadə də yalnız idarə işçiləri üçün keçərlidir. Əvvəllər isə bütün üzvlər istifadə edə bilirmiş. Bildirilib ki, belə davam edərsə, pulsuz İngilis dili kursları da davam etməyəcək.


Aydan Hacı 



Telegram kanalımız