Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində keçirilən maliyyələşmə müsabiqəsinin nəticələri bəlli olub.
“Yeni Sabah” Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, ümumilikdə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib. Qalib gələn bağçaların siyahısı, yerləşdiyi ünvanlar, qəbul kvotaları, eləcə də dövlət tərəfindən ayrılan kompensasiya və valideynlərin ödəyəcəyi aylıq məbləğlər barədə detallar ictimaiyyətə təqdim olunub.
Növbəti mərhələdə dövlət tərəfindən subsidiyalaşdırılan bu bağçalara uşaq qəbulunun təşkili və əlçatanlığın təmin olunması həyata keçiriləcək. Paralel olaraq, bağlanacaq maliyyələşmə müqavilələrinə uyğun olaraq həmin özəl bağçaların fəaliyyətinə mütəmadi monitorinq nəzarəti tətbiq olunacaq. Dominos pizza
Telegram kanalımız