“Apple” korporasiyası yeni baş icraçı direktoru (CEO) Con Ternusun 2027-ci maliyyə ili üzrə qazanacağı kompensasiya paketinin detallarını elan edib.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 1-dən etibarən rəhbərlik postunu Tim Kukdan təhvil alan 51 yaşlı Con Ternusun illik bazis maaşı 3 milyon dollar təşkil edəcək. Bununla yanaşı, yeni CEO-ya 55 milyon dollar dəyərində səhm mükafatı da təsis ediləcək və beləliklə, onun illik ümumi hədəf gəliri 58 milyon dollara çatacaq.
İcraçı sədr vəzifəsinə keçən Tim Kukun isə illik maaşı 2 milyon dollar, səhm mükafatı 45 milyon dollar, ümumi paketinin dəyəri isə 47 milyon dollar olaraq müəyyənləşdirilib. pizza sifarişi
Qeyd edək ki, 2001-ci ildən “Apple” komandasının üzvü olan Ternus 2021-ci ildən bu günədək şirkətin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti postunu tuturdu.
Telegram kanalımız