Ağcabədi rayonunda antisanitar şəraitdə fəaliyyət göstərən pendir istehsalı müəssisəsi aşkarlanıb.


"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Hacıbədəlli kəndində fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib.


Yoxlama zamanı müəssisənin müvafiq icazə olmadan qanunsuz fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin məhsulların etiketlənməsi, sanitar-gigiyenik tələblərə əməl olunması və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb. pizza


Aşkar edilmiş faktlarla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkara icrası məcburi göstərişlər verilib.


Aytac Əliyeva



Telegram kanalımız