Təqaüd proqramı ilə Avstraliyada təhsil alan azərbaycanlı rejissor Afaq Yusiflinin təhsil haqqının yubadılmasına aydınlıq gətirilib.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb.
Qeyd olunub ki, Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında təhsil alan azərbaycanlı tələbə Afaq Yusiflinin təhsil haqqının ödənilməsi ilə bağlı yaranmış problem Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin nəzarətinə götürülüb. Toyuqlu pizza
"Qeyd edək ki, Afaq Yusiflinin təhsil haqqı qismən Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində ödənilirdi. Nazirlik bu istiqamətdə öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirib. Buna baxmayaraq, digər tərəf vəsaiti vaxtında köçürmədiyinə görə təhsil haqqının ödənilməsində problem yaranıb.
Artıq Mədəniyyət Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin tərəfindən vəsaitin qalan hissəsinin də ödənilməsi üçün lazım olan addımların atılmasına başlanlıb. Məsələ ən qısa zamanda tam həllini tapacaq", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, A.Yusiflinin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, təhsilinin birinci semestrinin ödənişi Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilib. İkinci semestrin təhsil haqqı isə Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabına köçürülüb. Lakin həmin vaxt İttifaqın sədri, Xalq artisti Rasim Balayev vəfat etdiyindən sədrin imzası olmadan vəsaitin universitetin hesabına köçürülməsi mümkün olmayıb.
Hazırda ikinci semestr üzrə 25 500 manat məbləğində təhsil haqqının universitetə ödənilmədiyi üçün universitetindəki təhsilinin dayandırılması və universitetdən uzaqlaşdırılması təhlükəsi yaranıb.
Telegram kanalımız