Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi İT və telekommunikasiya avadanlıqlarının təminatı üzrə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.


Qurum informasiya texnologiyaları infrastrukturunun yenilənməsi məqsədilə “STRİX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə edib. Müqaviləyə əsasən, qalib şirkətə ümumilikdə 1 milyon 150 min 155 manat vəsait ödəniləcək.


Qeyd edək ki, nizamnamə kapitalı cəmi 5 manat olan “STRİX” MMC-nin qanuni təmsilçisi Pərviz Rəfail oğlu Şirinovdur. pizza sifarişi



Telegram kanalımız