“Ziraat Bank Azərbaycan” ASC-nin vaxtı keçmiş kreditlərinin həcmi son bir ildə 75% artıb.


“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, 2026-cı il iyunun 30-na bankın 30 gündən çox vaxtı keçmiş kreditlərinin həcmi 51,62 mln. manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 29,50 mln. manat olub.


Beləliklə, bir il ərzində vaxtı keçmiş kreditlərin həcmi 22,13 mln. manat və ya 75% artıb. pizza mizza


Eyni dövrdə bankın ümumi kredit portfeli 625,65 mln. manatdan 831,71 mln. manata yüksəlib. Kredit portfelində artım 206,06 mln. manat və ya 32,9% təşkil edib. Beləliklə, vaxtı keçmiş kreditlərin artım tempi ümumi kredit portfelinin artım tempini iki dəfədən çox üstələyib.


Bunun nəticəsində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2025-ci ilin iyunun sonundakı 4,71%-dən 2026-cı ilin eyni dövründə 6,21%-ə yüksəlib. Bu, illik müqayisədə 1,5 faiz bəndi artım deməkdir.


Vaxtı keçmiş kreditlərin artımı əsasən biznes kreditləri hesabına baş verib. Bu kateqoriya üzrə gecikmiş kreditlərin həcmi 28,13 mln. manatdan 50,31 mln. manata yüksələrək 78,9% artıb. 2026-cı ilin iyunun sonunda bankın bütün vaxtı keçmiş kreditlərinin təxminən 97,4%-i biznes kreditlərinin payına düşüb.


Bunun əksinə, istehlak kreditləri üzrə vaxtı keçmiş borclar 1,26 mln. manatdan 614,8 min manata enərək 51,1% azalıb.


Daşınmaz əmlak kreditləri üzrə gecikmiş borclar isə 110,5 min manatdan 703,4 min manata yüksəlib. Beləliklə, bu kateqoriyada vaxtı keçmiş kreditlər bir il ərzində 6,4 dəfə artıb.


Hesabatlara əsasən, bankın əlini üzdüyü kreditlərin, yəni bir il və daha çox gecikdirilən kreditlərin həcmi də 12,87 mln. manatdan 13,22 mln. manata yüksəlib. Artım təxminən 350,7 min manat və ya 2,7% təşkil edib.



Telegram kanalımız