“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2026-cı ilin yanvar-iynun aylarını 23 milyon 386 min manat xalis mənfəətlə başa vurub.


“Yeni Sabah” xəbər verir ki, ötən ilin müvafiq dövründə bu göstərici cəmi 618 min manat səviyyəsində idi. Şirkətin mənfəətində illik müqayisədə 22 milyon 768 min manatlıq, yəni təxminən 38 dəfəyə yaxın sıçrayış baş verib.


Yanvar-iyun aylarında qurumun ümumi daxilolmaları 256 milyon 421 min manata çatıb ki, bu da illik müqayisədə 8 milyon 958 min manat və ya 3,62% çoxdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə gəlirlər 247 milyon 463 min manat olmuşdu. Dominos pizza


Hesabat dövründə daxilolmaların strukturunda dəniz nəqliyyatı xidmətləri 113 milyon 105 min manat, yük və sərnişin daşımaları 127 milyon 584 min manat, digər sahələr isə 15 milyon 732 min manat paya sahib olub.


Altı ay ərzində gəmiçiliyin ümumi xərcləri 236 milyon 695 min manat təşkil edib. Bu xərclərin 80 milyon 544 min manatı işçilərin əməkhaqqı ödənişlərinin payına düşüb.


Bununla yanaşı, ASCO-nun aktivlərində cüzi azalma müşahidə edilib. Şirkətin aktivləri illik müqayisədə 5 milyon 872 min manat (0,33%) azalaraq 1 milyard 789 milyon 666 min manata enib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 1 milyard 795 milyon 538 min manat təşkil edirdi.


Cari ilin birinci yarısının yekununa görə, gəmiçiliyin öhdəlikləri 603 milyon 904 min manata yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 510 milyon 312 min manat idi. Beləliklə, şirkətin öhdəliklərində illik müqayisədə 93 milyon 592 min manatlıq və ya 18,34%-lik artım qeydə alınıb.



Telegram kanalımız