Keçmiş girov Dilqəm Əsgərov oğlundan imtina üçün məhkəməyə müraciət edib.


“Yeni Sabah” Modern.az-a istinadən xəbər verir ki, Dilqəm Əsgərov bu barədə “Protest” TV-yə açıqlamasında bildirib.


O deyib ki, böyük oğlu Kürdoğlu Əsgərovla bağlı ərizəsini bu gün Şəmkir rayon Məhkəməsinə təqdim edib. Ərizə bütün ailənin adından verilib. pizza hut


Bacıları, digər qardaşı da ərizəyə qol çəkərək Kürdoğlu Əsgərovdan imtina etdiklərini təsdiqləyiblər.


Dilqəm Əsgərov bildirib ki, o, girovluqda olduğu zaman Kürdüoğlu Əsgərov ailəyə ciddi maddi ziyan vurub, onun avtomobilini satıb, indi də digər əmlakları ələ keçirmək istəyir.


Dilqəm Əsgərovun sözlərinə görə, Kürdoğlu Əsgərov son vaxtlar onun barəsində sosial şəbəkələrdə əsassız ittihamlar yaymaqla məşğuldur. O, oğlunu “naxələf övlad” adlandırıb.



Telegram kanalımız