Sentyabrın 5-dən etibarən Azərbaycanın bəzi rayonlarında hava şəraitinin dəyişəcəyi, yağış yağacağı gözlənilir.
Yeni Sabah xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb.
Bildirilib ki, sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Dominos pizza
Yağıntılı hava şəraiti çaylarda sululuğun artmasına səbəb ola bilər. Bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna edilmir.
Aytac Əliyeva
Telegram kanalımız