Çin ABŞ-ni İranla əlaqəli fəaliyyətə görə Çin şirkətləri və vətəndaşlarına tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.
“Yeni Sabah” xəbər verir ki, Çin Ticarət Nazirliyinin sözçüsü Huang Ling ABŞ-ın birtərəfli sanksiyalarına qarşı çıxdıqlarını bildirib.
Onun sözlərinə görə, beynəlxalq hüquqa və ya BMT Təhlükəsizlik Şurasının qərarına əsaslanmayan belə sanksiyalar ölkələr arasında normal ticarət və iqtisadi əlaqələrə mane olur, həmçinin qlobal enerji təhlükəsizliyinə təsir göstərir. Dördpendirli pizza
Pekin Vaşinqtonu “səhv təcrübələrini dərhal düzəltməyə” və Çin şirkətləri ilə vətəndaşlarına qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə çağırıb.
Qeyd edək ki, ABŞ iyul ayında İran İslam İnqilabı Keşikçiləri Korpusunu və Mahan Air aviaşirkətini dəstəkləməkdə ittiham olunan Çin də daxil olmaqla dörd ölkədəki altı şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
Aydan Hacı
Telegram kanalımız