“Volkswagen”in Nəzarət Şurası yüksək gömrük rüsumları, artıq istehsal gücü və çinli rəqiblərin artan təzyiqi ilə mübarizə aparmaq məqsədilə daha 50 min nəfərin ixtisar olunmasını nəzərdə tutan transformasiya planını təsdiqləyib.


“Yeni Sabah” xəbər verir ki, Almaniya avtomobil nəhənginin 89 illik tarixinin en genişmiqyaslı yenidənqurma addımı olan bu plan, önümüzdəki onillikdə mövcud istehsal modellərinin istismar müddətini başa vuracağı Almaniyadakı dörd zavod üçün alternativ həll yollarının axtarılmasını da əhatə edir.


Bu qərar həm də şirkət rəhbərliyinin planlarını işçilərə və ikinci ən böyük səhmdar olan Aşağı Saksoniya əyalətinə rəğmən qəbul etdirmək üçün düşündüyü növbədənkənar ümumi yığıncaq ssenarisini təxirə salaraq həmkarlar ittifaqları ilə yaşana biləcək böyük qarşıdurmanın qarşısını alıb. Sezar pizza


Əldə olunan razılaşma “Volkswagen”in çoxşaxəli holdinq strukturunun sadələşdirilməsini təmin edəcək və həmkarlar ittifaqları ilə Nəzarət Şurasında çoxtərəfli nüfuza malik Aşağı Saksoniya əyalətinin mühüm qərarlar üzərindəki təsirini məhdudlaşdıracaq.



Telegram kanalımız