Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxma hallarının artmasına baxmayaraq, yeni tədris ili başlayıb və ölkə üzrə məktəblər fəaliyyətə başlayıb.


“Yeni Sabah” xəbər verir ki, Təhsil naziri Raissa Malu Kinşasada jurnalistlərə açıqlamasında bildirib ki, tədris ili Ebola epidemiyasından təsirlənən ərazilər də daxil olmaqla, ölkənin bütün bölgələrində başlayıb.


Nazir qeyd edib ki, ölkənin bəzi ərazilərində qeyri-sabitlik və münaqişələr, digər bölgələrdə isə Ebola virusu ilə bağlı sağlamlıq riskləri davam edir. Pepperoni pizza


“Bizim vəzifəmiz dəyişməz olaraq qalır – məktəblərin mümkün olan hər yerdə fəaliyyət göstərməsini təmin etmək və vəziyyətin çətinləşdirdiyi ərazilərdə təhsil hüququnu qorumaq”, – deyə Malu bildirib.


Onun sözlərinə görə, səhiyyə vəziyyətinin imkan verdiyi ərazilərdə profilaktik tədbirlərə əməl olunmaqla üz-üzə tədris davam etdiriləcək. Riskin yüksək olduğu bölgələrdə isə təhsilin fasiləsizliyini təmin etmək üçün məsafədən təhsil formasından istifadə oluna bilər.


Məlumata görə, Bundibugyo virusunun yaratdığı epidemiya Haut-Uele, İturi, Şimali Kivu, Cənubi Kivu, Bas-Uele və Tşopo əyalətlərindəki 60 sağlamlıq zonasını əhatə edib.


Səhiyyə Nazirliyinin məlumatına əsasən, hazırkı epidemiyada təsdiqlənmiş Ebola hallarının sayı 6100-ə çatıb. Onlardan 2950 nəfər həyatını itirib. İturi əyaləti epidemiyanın episentri olaraq qalır.


Yeni tədris ilində Konqo Demokratik Respublikasında təxminən 31 milyon şagirdin məktəbə getməsi gözlənilir.


Aydan Hacı 



Telegram kanalımız