İstanbul Respublika Prokurorluğu “Ölü Deniz” adlı stand-up şousundakı ifadələrinə görə həbsdə saxlanılan yumorist Deniz Göktaş barəsində ittiham aktı hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, prokurorluq yumorist barəsində “prezidentə təhqir”, “xalqı kin və düşmənçiliyə təhrik etmə” və “cinayəti və cinayətkarı tərifləmə” maddələri ilə 12 il 2 aya qədər həbs cəzası tələb edib.
İttiham aktı məhkəməyə göndərilib və hazırda qiymətləndirmə mərhələsindədir. Deniz Göktaş 2026-cı ilin iyununda YouTube-da yayımlanan “Ölü Deniz” şousundakı bəzi ifadələrinə görə iyulun 3-dən bəri həbsdədir. Sezar pizza
Nazim Hacıyev
Telegram kanalımız