Türkiyəli məşhur video kontent istehsalçısı Ruhi Çenetin Hasidik yəhudi icması ilə bağlı hazırladığı son sənədli film ABŞ-də ciddi rezonans doğurub.
“Yeni Sabah” xəbər verir ki, filmdə Nyu-Yorkun Bruklin rayonunda yaşayan yəhudilərin bütün texnoloji yeniliklərdən uzaq, yalnız ibadətlə məşğul olan həyat tərzi xeyli marağa səbəb olub. Olduqca qapalı icma kimi tanınan hasidik yəhudiləri çox nadir hallarda mediada gündəmə gəlir.
Amerikalıların bir çoxu, sözügedən icmanın nümayəndələrinin özlərinin vergisi hesabına yaşadığını iddia edərək, bu halın yolverilməz olduğunu dilə gətirməkdədir. Marqarita pizza
Qeyd edək ki, hasidik yəhudilər hər cür dünyəvi əmək fəaliyyətini rədd edir. Onlar daha çox dövlətdən və diaspordan əldə etdikləri vəsait hesabına yaşayırlar.
Sənədli filmə aşağıdan baxa bilərsiniz:
Nazim Hacıyev
Telegram kanalımız