Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 1 milyard 541.916 milyon dollar dəyərində məhsul alıb.


“Yeni Sabah” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin göstəricilərinə əsasən, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 0.9% geriləmə deməkdir. Hesabat dövründə Azərbaycanın payı qardaş ölkənin ümumi ixrac portfelinin 1%-ni təşkil edib. Təkcə avqust ayında isə Türkiyədən ölkəmizə 196.687 milyon dollar dəyərində mal gətirilib ki, bu da illik müqayisədə 4.5%-lik azalma göstərir.


Eyni dövrdə Türkiyədən ən çox mal idxal edən ölkələr sırasına 13 milyard 576 milyon dollarla (3.8% artım) Almaniya, 9 milyard 637 milyon dollarla (12.9% artım) ABŞ və 9 milyard 219 milyon dollarla (2.6% artım) Birləşmiş Krallıq başçılıq edib. Ümumilikdə isə 8 ay ərzində Türkiyənin ümumi ixrac gəlirləri 4.7% artaraq 161 milyard 162.073 milyon dollara, yalnız avqust ayında isə 8.8% artaraq 20 milyard 200.171 milyon dollara yüksəlib. Toyuqlu pizza



Telegram kanalımız