İranın Basra körfəzində yerləşən əsas neft ixrac terminallarından biri olan Xark adası ətrafında partlayış səsləri eşidilib.
“Yeni Sabah” xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, təxminən bir saat əvvəl Basra körfəzində yerləşən Xark adası ətrafında bir neçə partlayış səsi eşidilib.
Körfəz istiqamətindən partlayış səsləri gəlsə də, ərazidə tüstü və ya yanğın müşahidə olunmayıb. Səslərin mənbəyinin isə hələlik müəyyən edilmədiyi bildirilib. pizza mizza
İran Tələbə Xəbər Şəbəkəsi (SNN) isə ABŞ-ın Xark adası sahillərində kiçik neft tankerinə hücum etdiyini iddia edib.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.
Aydan Hacı
Telegram kanalımız