Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və “Formula 1” yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır.


“Yeni Sabah” xəbər verir ki, Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Modern.az-açıqlamasında bu il vəziyyətin gərgin olacağını qeyd edib. 


"Dərslərin başlanması hər il olduğu kimi bu ildə tıxaca səbəb yaradacaq. Formula 1 yarışlarının da  həmin vaxta təsadüf etməsi və üstəlik metrodakı mövcud vəziyyət  hardasa öz təsirini göstərəcək. Amma aidiyyatı qurumlar tərəfindən bu son neçə ayda böyük işlər görülüb. Hazırda 150 yeni avtobus xəttə çıxmaq üçün gözləyir. Yəni, hansı istiqamətdə sıxlıq, tələbat yaranacaqsa, o istiqamətə həmin avtobuslar yönləndiriləcək. Bu mövzuda əsas yük Dövlət Yol Polisinin üzərinə düşəcək.Onlar da artıq hazırdır.  Pepperoni pizza


Rəhbərlik tərəfindən müvafiq göstərişlər, təlimatlar verilib. Bütün istiqamətlərdə təhlillər aparılır. Və mən hesab eləyirəm ki, vaxtında və çevik reaksiya nəticəsində çox da ağır bir mənzərənin şahidi olmayacağıq."


Ekspert həmçinin qeyd edib ki, məhəllədaxili yollardan alternativ yol kimi istifadə oluna bilər. Lakin, məhəllədaxili yollarda restoranlar, kafelər, avtoyuma məntəqələri,servislər yolları zəbt edir. Bu isə maşın və insanların  həmin yollardan istifadəsini çətinləşdirir.



Telegram kanalımız