Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb.


"Yeni Sabah" xəbər verir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.


"Səmimi və doğma atmosferdə keçən görüş 2016-cı ildən Sevda Yunusovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub", - səfir yazıb. pizza hut


O qeyd edib ki, cəmiyyətin Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.



Telegram kanalımız