Solomon dənizindəki Solomon adalarında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Moskva vaxtı ilə saat 07:05-də qeydə alınan zəlzələnin episentri Solomon Adalarının paytaxtı Honiara şəhərindən 332 km cənub-şərqdə yerləşib. pizza hut
Episentrdəki təkanın intensivliyinə əsasən, seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünün 5,6 bal olduğunu, ocağının isə 38,5 kilometr dərinlikdə yerləşdiyini bildirib.
Telegram kanalımız