Sağlamlığa nəzarət etmək və orqanizmin ümumi vəziyyətini qiymətləndirmək üçün hər bir şəxsin bilməsi vacib olan əsas tibbi normativ göstəricilər açıqlanıb. Bu göstəricilər insan bədəninin fəaliyyətini normada saxlaması üçün kritik əhəmiyyət kəsb edir.
“Yeni Sabah” araşdırmasına görə, mütəxəssislərin təqdim etdiyi siyahıda ilk sırada arterial təzyiq yer alır ki, onun optimal göstəricisi 120/80 mm c.s. hesab olunur. Bədənin nəbz tezliyi dəqiqədə 70–100 vurğu, normal tənəffüs sayı isə 12–16 arasında dəyişməlidir. İnsan bədəninin norma daxilindəki temperaturu 36.8–37°C aralığında təyin edilib. Orqanizmdə olan ümumi qan miqdarı isə 5–6 litr təşkil edir.
Qanın tərkibi və analizi zamanı diqqət yetirilməli olan digər mühüm göstəricilər də diqqətə çatdırılır. Hemoqlobin səviyyəsi kişilərdə 13–18, qadınlarda isə 11.5–16 arasında olmalıdır. Qandakı xolesterolun norması 130–200, triqliserid göstəricisi 220, şəkərin səviyyəsi isə uşaqlarda 70–130, böyüklərdə 70–115 aralığında tənzimlənir. Qan hüceyrələrinin göstəricilərinə gəldikdə, ağ qan hüceyrələri (leykositlər) 4.000–11.000, trombositlər 150.000–400.000, qırmızı qan hüceyrələri (eritrositlər) isə 4.6–6 milyon intervalında dəyərləndirilir. Dominos pizza
Orqanizmdəki vacib mineral və elementlərin balansına baxıldıqda, kaliumun norması 3.5–5, natriumun 135–145, dəmirin 8–15 mg, kalsiumun isə 8.6–10.3 mg/dl təşkil etdiyi bildirilir. Bu göstəricilərin normada saxlanılması müxtəlif xəstəliklərin vaxtında profilaktikası və sağlam həyat tərzinin təmin edilməsi üçün mühüm rol oynayır.
Nazim Hacıyev
Telegram kanalımız