ABŞ hakimiyyəti oyun qaydalarının dəyişdiyini və bundan sonra İranın daha sərt və ağrılı cavab zərbələri endirəcəyini dərk etməlidir.Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bəyan edib.


"Yeni Sabah" xəbər verir ki, "Simmetrik cavablar"ın keçmişdə qaldığını bildirən Qalibaf qeyd edib ki, İranın son əməliyyatlar zamanı ABŞ-nin bazalarına endirdiyi zərbələr yalnız başlanğıc olub.


"Əgər onlar bunu hələ də anlamayıblarsa, o zaman nə qədər gec deyilsə, dərk etməlidirlər: oyun qaydaları dəyişib. Bundan sonra İranın mənafelərinə və təhlükəsizliyinə qarşı hər bir qəsd "daha sürətli, sərt və ağrılı" cavabla qarşılaşacaq", - deyə o, parlamentin iclası başlamazdan əvvəl bildirib. pizza


Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. İran isə cavab olaraq BƏƏ, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla, ABŞ-nin hərbi bazalarına zərbələr endirib./Oxu.az



Telegram kanalımız