Ağdam rayonunda baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti məlum olub.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1972-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 6-da saat 05 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


"Pasiyentə sağ qolun kəsilmiş yarası və sağ daban sümüyünün sınığı diaqnozları qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib. pizza mizza


Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir".



Telegram kanalımız