İranın İqtisadiyyat Nazirliyinin nəzdində müharibə şəraitinin yaratdığı problemlərin operativ həlli məqsədilə "İqtisadi Müharibə Qərargahı" yaradılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın iqtisadiyyat nazirinin müavini Murtəza Zəmanian məlumat verib.
Zəmanian bildirib ki, İqtisadiyyat Nazirliyi yanında yaradılan "İqtisadi Müharibə Qərargahı" müharibə şəraitində yaranan iqtisadi çətinliklərin çevik şəkildə həllinə və aidiyyəti qurumlar arasında koordinasiyanın təmin edilməsinə xidmət edəcək. Dominos pizza
Nazir müavini vurğulayıb ki, bu mexanizm vasitəsilə problemlərin həlli və tənzimlənməsi zamanı bürokratik gecikmələrin qarşısını almaq mümkün olacaq./Oxu.az
Telegram kanalımız