Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Girnə şəhəri sahillərində batan sərnişin gəmisində itkin düşən şəxslərin axtarışı davam etdirilir. Əməliyyatlar zamanı daha bir şəxsin meyiti aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, bununla da gəminin batması nəticəsində aşkarlanan meyitlərin sayı 6-ya, ümumi ölənlərin sayı isə 14-ə çatıb.
KKTC Baş naziri Ünal Üstel bildirib ki, tapılan meyitin 55-60 yaşlarında kişiyə aid olduğu müəyyənləşdirilib və şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb. Toyuqlu pizza
“Girnə sahillərində baş verən dəniz qəzasından sonra davam etdirilən axtarışlar zamanı daha bir itkin şəxsin meyiti aşkarlanıb”, – deyə Üstel bildirib.
Baş nazir qeyd edib ki, hazırda 14 nəfər itkin hesab olunur və onların tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.
Gəmi qalıqları ilə yanaşı, dəniz səthi və sahil zolağında da axtarışlar aparılır.
Aydan Hacı
Telegram kanalımız