Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Canəli Nəbiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə gətirilib. Toyuqlu pizza
O, son təyinata qədər Xocavənd Rayon Mərkəzi Xəstəxanasına direktoru vəzifəsində işləyib.
Xatırladaq ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Mahir oğlu Rüstəmbəyov iyun ayında vəzifəsindən azad olunub. (Ölkə.az)
Telegram kanalımız