Səudiyyə Ərəbistanı və Almaniya Hörmüz boğazında gəmiçilik fəaliyyətinin normal vəziyyətə qayıtmasına çağırış edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Almaniyanın paytaxtı Berlində almaniyalı həmkarı İohan Vadeful ilə görüşüb.
Görüşdə regiondakı son vəziyyət müzakirə olunub. Tərəflər beynəlxalq dəniz yollarının təhlükəsizliyinin və gəmiçilik azadlığının qorunmasının vacibliyini vurğulayıblar. Hörmüz boğazında gəmiçiliyin normal vəziyyətə qayıtmasının regional təhlükəsizlik və sabitlik, eləcə də beynəlxalq ticarətin davamlılığı baxımından vacib olduğu bildirilib. pizza hut
Səfər çərçivəsində iki nazir Səudiyyə Ərəbistanı ilə Almaniya arasında əlaqələrin inkişaf etdirilməsi, məsləhətləşmə və koordinasiyanın artırılması məqsədilə “Strateji Dialoqun yaradılması haqqında Anlaşma Memorandumu” da imzalayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız