“Premium Bank” ASC 2026-cı ilin ilk yarı göstəricilərini elan edib.


“Yeni Sabah” xəbər verir ki, həmin dövrdə bankın pul vəsaitləri və onların ekvivalentlərində 20 milyon 292 min manat azalma qeydə alınıb. Nəticədə, ilin əvvəlində 170 milyon 14 min manat təşkil edən pul vəsaitləri iyunun 30-na 149 milyon 723 min manata düşüb. (Ötən ilin analoji dövründə 4.7 milyon manat artım olmuşdu).


Hesabat dövründə bank 20 milyon 311 min manat faiz, 6 milyon 498 min manat komissiya gəliri əldə edib, faiz xərcləri 5.8 milyon manat, komissiya xərcləri isə 1.6 milyon manat olub. Digər əməliyyat xərcləri kəskin azalaraq 24.4 milyon manatdan 3.6 milyon manata enib. İşçilərin əməkhaqqı xərcləri 4.1 milyon manat, inzibati xərclər isə 5.7 milyon manat təşkil edib. Marqarita pizza


Kredit və depozit portfelində də daralma müşahidə olunub: müştərilərə verilmiş kreditlərdə 17 milyon 649 min manat, müştəri depozitlərində 1 milyon 814 min manat, digər banklardakı vəsaitlərdə isə 5.3 milyon manat azalma baş verib.


Nəticədə, bank fəaliyyəti üzrə mənfəət vergisindən əvvəl xalis pul vəsaitlərinin hərəkəti mənfi 17 milyon 81 min manat olub. Bununla yanaşı, investisiya fəaliyyəti üzrə 2.3 milyon manat müsbət, maliyyələşdirmə fəaliyyəti üzrə isə 2.5 milyon manat mənfi pul axını qeydə alınıb.


Cəlalə Cəlalqızı



Telegram kanalımız