Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.


"Yeni Sabah" xəbər verir ki, əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb.


Şəxsi axtarış zamanı onun üzərindən 14 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. pizza hut


Faktla bağlı cinayət işi başlanılıb. Hazırda araşdırma aparılır.


Aytac Əliyeva



Telegram kanalımız