Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədrinin vəzifədən azad edilməsi haqda sərəncam imzalayıb. Sərəncamla Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.


“Yeni Sabah” sabiq sədrlə bağlı maraqlı məqamları təqdim edir:


Fəxri Xanhüseyn oğlu Kazımov 1970-ci il oktyabrın 23-də Bakıda anadan olub. 1989-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. 1992-ci ildə İstanbul Mərmərə Universitetinin, Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant kimi təhsilini davam etdirib. Dominos pizza


Əmək fəaliyyətinə 1987-1989-cu illərdə “Azərneftmaştəmir” İstehsalat Birliyin texniki nəzarət şöbəsində inspektor kimi başlayıb. 1995-ci ildə Milli Bankın Pul-Kredit Siyasəti Departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib. 1995-2000-ci illərdə Milli Bankın İdarə Heyəti sədrinin baş müşaviri olub. 2000-2002-ci illərdə Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışıb.


2002-ci ildən İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri kimi fəaliyyətini davam etdirib. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.


2017-ci ildə dövlət başçısının müvafiq sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.


Qeyd edək ki, Fəxri Kazımov Milli Məclisin sabiq deputatı, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlının oğludur.


Nazim Hacıyev



Telegram kanalımız